“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etdik”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verərək bildirib ki, iclas çərçivəsində imzalanmış "2024-2028-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı" tərəfdaşlığın gücləndirilməsini və layihələrin dəstəklənməsini təmin edəcək.