Sankt-Peterburqla birgə fəaliyyətin gücləndirilməsi imkanları nəzərdən keçirilib

2024.04.02 13:55 (UTC+04:00)

“Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun ölkəmizə səfəri çərçivəsində keçirdiyimiz görüşdə ikitərəfli iqtisadi münasibətlərin perspektivlərini, sənaye, investisiya, innovasiya, turizm, gəmiqayırma kimi sahələrdə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində imkanları nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib. Nazir ticarət və biznes tərəfdaşlığının dəstəklənməsi üçün mövcud potensialın dəyərləndirildiyini vurğulayıb.