Sahib Məmmədov: “İşğal olunmuş ərazilərin azad edilməsi yeni investisiya imkanları yaradıb”

2024.04.01 14:04 (UTC+04:00)

“Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması sahəsində sənaye zonalarının yaradılması mühüm rol oynayır”.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib.

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi yeni investisiya imkanları yaradıb: "Qarabağın ətraf mühitinin qorunması azad edilmiş ərazilərin bərpasında əsas vəzifələrdən biridir”.

AZƏRTAC