Makaron məmulatları istehsalında artım var

2024.04.01 16:02 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda makaron məmulatları istehsalı 17,4 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə ölkədə 1222,5 ton makaron məmulatı istehsal edilib.

Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 1041,0 ton makaron məmulatı istehsal olunmuşdu.