Duru bitki yağlarının istehsalı artıb

2024.04.01 12:59 (UTC+04:00)

2024-cü ilin yanvar-fevral aylarında duru bitki yağlarının istehsalı 34,6 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə ölkədə 6949,8 ton duru bitki yağı istehsal edilib.

Bu il martın 1-ə olan məlumata görə, Azərbaycanda 4321,6 ton hazır məhsul ehtiyatı var.

Xatırladaq ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycanda 5163,4 ton duru bitki yağı istehsal edilib.