Malların idxal və ixrac qaydaları dəyişdi

2019.07.12 11:45 (UTC+04:00)

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə bir sıra dəyişikliklər edib. Dəyişikliklər barədə qərar Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi əsasında hazırlanıb. Qərara əsasən, malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturalarında, mal mövqelərinin adlarında və tariflərində dəyişikliklər edilib.