Tomat ixracı müsbət dinamikaya malikdir

2024.04.01 15:30 (UTC+04:00)

2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycan tomat ixracını artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dövrdə Azərbaycan xaricə 30 002.09 min ABŞ dolları dəyərində 21 724.47 ton tomat satıb. Tomat ixracı qeyri-neft sektoru üzrə ixracın çəkisində 6.59 faizlik paya sahibdir.

Qeyd edək ki, keçən ilin yanvar-fevral aylarında Azərbaycan 19 091.58 min ABŞ dolları dəyərində 15 498.51 ton tomat ixrac edib.