Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov "vergiler.az" saytının "Rəsmi cavab" rubrikasında sahibkarların tətbiq etdiyi mühasibat proqramlarına münasibət bildirərkən belə deyib. Qeyd edib ki, hazırda iri və kiçik şirkətlər tərəfindən müxtəlif çoxfunksiyalı mühasibat proqramları tətbiq olunur. Lakin ölkədə mühasibat uçotu proqramlarının təkmilləşdirilməsinə ehtiyac var: "Yəqin ki, gələcəkdə bu proqramların təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Vergilər Nazirliyinin mühasibat uçotunun həyata keçirilməsində səlahiyyəti olan digər strukturlarla birlikdə mövcud proqramların mühasibat uçotu və vergi qanunvericiliyinə uyğun tətbiqi ilə bağlı işlər həyata keçirməsi istisna edilmir".