Ötən il Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi açıqlanıb

2024.03.29 11:18 (UTC+04:00)

Ötən il Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,7 milyard dollar təşkil edib.

Bu sözləri Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov tədiyyə balansına həsr olunan brifinqdə deyib.

S.Nəsirov Azərbaycan iqtisadiyyatında birbaşa investisiyaların həcminə görə liderlik edən beşlik ölkələri qeyd edib: “Böyük Britaniya (1,9 milyard dollar), Türkiyə (1,3 milyard dollar), Kipr (792 milyon dollar), Rusiya (617 milyon dollar) və İran (396 milyon dollar)”.

AZƏRTAC