Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Koreya Respublikasının Seul şəhərində 2024-cü ilin 4-6 iyul tarixlərində keçiriləcək "Korea Import Fair 2024" beynəlxalq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 15 şirkətdir.
İştirakçılar müsabiqə əsasında seçiləcək.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 6 may 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Müsabiqə barədə daha ətraflı məlumatı AZPROMO-nun saytından əldə etmək olar.