KOBİA-nın 5-ci qrant müsabiqəsinə sənəd qəbulu davam edir

2024.03.27 16:07 (UTC+04:00)

KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən 5-ci qrant müsabiqəsinə müraciətlərin qəbulu 2 aprel 2024-cü il tarixində saat 18.00-da başa çatacaq.

KOBİA-nın məlumatına görə, müsabiqədə iştirak etmək istəyən KOB subyektləri qeyd edilən tarixə qədər layihələrini təqdim etməlidir. Müəyyən edilmiş vaxtdan sonra təqdim ediləcək layihələr qəbul olunmayacaq.