Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçiriləcək

2024.03.27 14:45 (UTC+04:00)

Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının növbəti - 101-ci iclası martın 29-da Moskvada keçiriləcək.

MDB İcraiyyə Komitəsinin məlumatına əsasən, iclasa MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk sədrlik edəcək.

Nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə edəcəklər. Gündəliyə, xüsusən, kimya sənayesində əməkdaşlığın inkişafı, məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə 2023-cü il MDB mükafatının verilməsi, qarşılıqlı ticarətdə maneələr, azad ticarət zonası və sair məsələlər üzrə danışıqların başlanmasının mümkünlüyü kimi məsələlər daxildir.

Tədbir iştirakçıları, həmçinin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparacaqlar.

AZƏRTAC