Peşəkar mühasiblər üçün satınalmalarla bağlı seminar keçirilib

2024.03.18 17:40 (UTC+04:00)

Azərbaycan Professional Maliyyə Menecerlərı Assosiasiyası (APFM) və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Assosiasiyanın peşəkar mühasib üzvləri üçün “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi” mövzusunda seminar keçirilib. Seminar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov tərəfindən təqdim olunub.

Seminar iştirakçılarına Qanunda nəzərdə tutulan əsas müddəalar haqqında məlumat verilib, nümunələr üzərindən ətraflı izah olunub. Həmçinin, qanunun tətbiqi ilə bağlı müzakirələr aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.