İraqlı iş adamları Azərbaycana səfərə dəvət edilib

2024.03.18 15:27 (UTC+04:00)

“İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin ticarət naziri Ater Davud Əl-Ğureyri ilə görüşdük. Ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi, infrastruktur layihələri üzrə birgə fəaliyyət və Azərbaycan-İraq biznes forumunun keçirilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik”.

Bu barədə sosial şəbəkə hesablarında məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov iraqlı iş adamlarını Azərbaycandakı biznes və ixrac imkanlarını dəyərləndirmək məqsədilə ölkəmizə səfərə dəvət etdiklərini vurğulayıb.