Yunanıstan: "hovuz vergisi"

2019.07.11 16:58 (UTC+04:00)

Bu ölkədə şəxsi evlərin həyətindəki hovuzlar dəbdəbəli həyat elementi sayılır. Ona görə də hovuzu olan hər bir evin sahibi büdcəyə ildə 800 avro vergi ödəmək məcburiyyətindədir. Afinanın vergini ödəmək istəməyən bir çox sakinləri öz hovuzlarının üstünü ot rəngli çadırlarla örtürlər.