Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 11-də Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib. Nazir qeyd edib ki, beynəlxalq təşkilatların proqnozları da müsbətdir. Belə ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3 faiz, Beynəlxalq Valyuta Fondu isə iqtisadiyyatımızın 3,4 faiz artacağını proqnozlaşdırır. Ötən il iqtisadiyyata 8,2 milyardı xarici investisiyalar olmaqla, ümumilikdə 15,3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.