Azərbaycan "Paying Taxes 2019" vergitutma reytinqində 28-ci yerdədir

2018.12.27 12:43 (UTC+04:00)

Bu barədə dünyanın aparıcı konsaltinq şirkətləri şəbəkəsi olan "PwC"nin mütəxəssislərinin Dünya Bankı ilə birgə apardıqları araşdırmada qeyd olunur. Araşdırmaya əsasən, Azərbaycanın ümumi vergi dərəcəsi 40,8 faiz təşkil edir ki, bu da şirkətin gəlirində vergi və ödənişlərin xüsusi çəkisi deməkdir. "Paying Taxes 2019" reytinqində Rusiya Federasiyası 53-cü, Qazaxıstan 56-cı, Özbəkistan 64-cü, Ermənistan 82-ci, Tacikistan 136-cı, Qırğızıstan isə 150-ci pillədə qərarlaşıb. Qeyd edək ki, araşdırma vergi sahəsində bir sıra göstəriciləri nəzərə alır:

• il ərzində ödənişlərin sayı;
• vergi qanunvericiliyinə uyğunlaşma üçün lazım olan vaxt;
• ƏDV sisteminin tətbiqi və s.

Xatırladaq ki, ötən il Azərbaycan bu reytinqdə 35-ci pillədə qərarlaşmışdı.