Muzdlu işçilərin sayı 2,9 faiz artıb

2019.07.10 14:21 (UTC+04:00)

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, muzdla işləyənlərin 21 faizi təhsil, 18,4 faizi ticarət, 13,1 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə sahələrində fəaliyyət göstərib. Nəqliyyat və anbar təsərrüfatında çalışanlar muzdlu işçilərin 4,6 faizini, peşə, elmi-texniki fəaliyyət göstərənlər 3,4 faizini, kənd təsərrüfatı, meşəçilik və balıqçılıqda işləyənlər 3,1 faizini, maliyyə və sığorta işçiləri isə 1,6 faizini təşkil edib.