Mənzil İnşaatı Dövlət Agentliyi sosial ev almaq istəyənlərə müraciət edib

2019.07.09 18:11 (UTC+04:00)

Müraciətdə bildirilir ki, mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərindən (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər.

İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az)) vasitəsilə "Güzəştli mənzil" sisteminə daxil olmaq tövsiyə edilir. Bu, onlara elektron imza və ya ASAN imzanın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.