Mərkəzi Bankdan bankların valyuta mövqeyini qorumaq məqsədilə növbəti addım

2019.07.09 17:33 (UTC+04:00)

Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı yerli banklara 215 milyon ABŞ dolları dəyərinə qədər, xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla istiqrazlar satmağa hazırdır. Mərkəzi Bankın məlumatında deyilir ki, dollar kreditlərinin manata çevrilməsindən sonra bankların valyuta mövqeyini qorumaq üçün nəzərdə tutulmuş qiymətli kağızlar artıq dövlət qeydiyyatına alınıb və banklardan müraciətlər daxil olduqca onlara satılacaq. Lakin hələ ki, belə bir müraciət edilməyib.