Dövlət satınalmasında vergi öhdəliklərinə dair yeni tələblər müəyyənləşdirilir

2019.07.09 15:33 (UTC+04:00)

Qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək. Burada əsas məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.