Ekspertlər: "ABŞ-da defolt təhlükəsi var"

2019.07.09 13:43 (UTC+04:00)

ABŞ-da fəaliyyət göstərən iqtisadçı ekspertlər ölkə hakimiyyətini bu ilin sentyabr ayında gözlənilən defolt təhlükəsi barədə xəbərdar ediblər. İkipartiyalı Siyasi Mərkəzin hazırladığı hesabatda qeyd olunur ki, ABŞ-da vergi daxilolmaları dövlət büdcəsinin xərclərindən azdır və çox güman ki, sentyabrın əvvəlində büdcədə problem yaranacaq. Mütəxəssislər Ağ evi dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı Konqreslə danışıqlara başlamağa çağırıblar.