Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB könüllüləri" Qəbələdə yerli sahibkarlarla görüşüblər. Vəndam qəsəbəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlar, fermerlərlə keçirilən görüşdə KOBİA-nın fəaliyyət istiqamətləri, göstərdiyi xidmətlər və onlardan istifadə imkanları barədə məlumat verilib. Könüllülər ictimai-iaşə obyektləri, tikiş sexləri, mebel və inşaat materialları mağazalarında, fərdi təsərrüfatlarda olublar. Bildirilib ki, sahibkarlar biznesin qurulması və inkişafı, hüquq və mənafelərinin müdafiəsi, özünüməşğulluq proqramına qoşulmaq kimi məsələlərlə bağlı Qəbələ-Oğuz "KOB dostu"na müraciət edə bilərlər.