Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin birgə müzakirəsi

2019.07.08 18:29 (UTC+04:00)

Tədbirdə V.Qasımlı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə uğurla icra olunan strateji yol xəritələri barədə təqdimat edib, bildirib ki, yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin inkişaf partnyorları ilə birgə müzakirə olunması yaxşı idarəetmə və açıq hökumət prinsiplərinə uyğundur: "İİTKM bu yolla həm də donor koordinasiyasının həyata keçirilməsinə töhfə verir. İnkişaf partnyorlarının ölkədə həyata keçirilən islahatlarla yaxından tanış olması texniki dəstək, bacarıqların artırılması, maliyyələşmə və digər məsələlərdə koordinasiyanın güclənməsinə zəmin yaradır. Beləliklə, beynəlxalq təşkilatlarla Azərbaycan hökuməti arasında əməkdaşlığın səmərəliliyi artır, daha az resursla daha yüksək nəticələr əldə etmək mümkün olur. Eyni zamanda, islahatların dizaynı, həyata keçirilməsi, monitorinqi, qiymətləndirilməsi və kommunikasiyasında qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsi üçün də hökumət qurumları və inkişaf partnyorları arasında əməkdaşlığın əhəmiyyəti böyükdür. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaratdığı “Azranking.az” portalı dövlətlə beynəlxalq təşkilatlar arasında dialoqu daha da irəli aparıb."

Tədbirin sonunda təqdimat ətrafında müzakirələr aparılıb, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin sualları cavablandırılıb.