Rusiyada 114 mindən çox özüməşğul şəxs qeydiyyata alınıb

2019.07.07 16:45 (UTC+04:00)

"Peşəkar gəlir vergisi" adlanan xüsusi vergi rejimi qüvvəyə minəndən bəri Rusiyada özüməşğul əhali statusunda qeydiyyata alınanların sayı 114 mini keçib. Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustin bildirib ki, özüməşğul vətəndaşlardan yığılmış vəsaitlərin ümumi məbləği 8,9 milyard rubla (240 milyon manat) çatıb. Bu kateqoriyadan olan vergi ödəyiciləri arasında ən geniş yayılmış peşələr sərnişindaşıma, mənzillərin kirayəyə verilməsi, hüquqi məsləhət, repititorluq, proqramlaşdırma, marketinq və reklamdır. Onun sözlərinə görə, "Moy naloq" ("Mənim vergim") proqram təminatından hər gün 16 mindən çox insan istifadə edir.

Qeyd edək ki, özüməşğul əhali üçün vergi rejimi Rusiya Federasiyasının dörd regionunda – Moskva şəhərində, Moskva vilayətində, Kaluqa vilayətində və Tatarıstan Respublikasında 2019-cu ildən sınaq rejimində tətbiq olunmağa başlanılıb. Bu rejimə əsasən, muzdlu işçi cəlb etmədən pullu xidmət göstərən vətəndaşlar fiziki şəxslərlə işləyərkən gəlirlərinin 4 faizi, şirkətlərlə işləyərkən gəlirlərinin 6 faizi nisbətində vergi ödəməlidirlər.