İyun ayında iri vergi ödəyiciləri keçən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə rekord məbləğdə vergi ödəyiblər. İri vergi ödəyiciləri ofisinin məlumatında bildirilib ki, bu il onların ödədikləri verginin məbləği keçənilkindən ikiqat artıq – 37,9 milyard qrivna (2,5 milyard manat) olub. Ödənilmiş məbləğdən 10 milyard qrivna (653 milyon manat) əlavə dəyər vergisinin, 6,4 milyard qrivna (418 milyon manat) aksizlərin, 2,5 milyard qrivna (163 milyon manat) isə mənfəət vergisinin payına düşür. Ümumiyyətlə, keçən illə müqayisədə büdcəni təşkil edən vergilərin hamısında ciddi artım olub. Bu artımın nisbəti mənfəət vergisi üzrə 77,7 faiz, əlavə dəyər vergisi üzrə 11,7 faiz, aksiz vergisi üzrə isə 12,4 faizdir.