Dünya Bankı və Dövlət Vergi Xidməti arasında əməkdaşlıq davam edir

2024.03.15 18:04 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Dünya Bankı (DB) arasında “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” çərçivəsində əməkdaşlıq davam edir.

Belə ki, qeyd edilən əməkdaşlıq çərçivəsində cari ilin 7-15 mart tarixlərində Dünya Bankının ekspertlərindən ibarət nümayəndə heyətinin ölkəmizə Vergi İslahatlarının Dəstəklənməsi missiyası təşkil edilib.

Missiya çərçivəsində DVX əməkdaşlarının bilik və bacarıqlarının artırılması, vergi inzibatçılığı sahəsində mövcud olan yeni təcrübələrin öyrənilməsi, habelə qarşılıqlı fikir mübadiləsinin və müzakirələrin aparılması məqsədilə Bankın ekspertləri tərəfindən “Kibertəhlükəsizlik: ISO 27001 tətbiqi: sahə, rəhbərlik və layihənin planlaşdırılması”, “Transfer qiymətləri sahəsində presedent hüququnun müqayisəli tədqiqi”, “vergi cinayətləri predikativ cinayət kimi”, “tematik vergi yoxlamaları” və digər mövzularda Dövlət Vergi Xidmətində aktual olan məsələlər ətrafında müvafiq görüşlər keçirilib.