Qeyri-neft-qaz emal sənayesində yaradılmış əlavə dəyər artıb

2024.03.15 16:13 (UTC+04:00)

“2024-cü ilin yanvar-fevral aylarında qeyri-neft-qaz emal sənayesində yaradılmış əlavə dəyər ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% artaraq 710,4 milyon manat olub”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşımında məlumat verib.