Cari ilin əvvəlində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) fəaliyyətə başlayacaq seçilmiş könüllülər üçün “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili” mövzusunda videoformat şəklində ümumi təlimlər keçirilib.
Təlimlərdə iştirak edən könüllülərdən 35 nəfəri artıq Bakı şəhərində və ərazi vergi orqanlarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərində fəaliyyətə başlayıb.
Qeyd edək ki, DVX-nin mütəxəssisləri tərəfindən keçirilmiş təlimlər çərçivəsində könüllülərin bilik və praktiki bacarıqları təkmilləşdirilib. Onlar vergi ödəyicilərinə xidmət mərkəzlərində vətəndaşlara xidmət sahəsində vergi əməkdaşlarına dəstək olacaq, vətəndaş məmnunluğunun artırılmasına öz töhfələrini verəcəklər.