2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 5,3 milyon manatlıq əczaçılıq məhsulları istehsalı olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əczaçılıq məhsullarının böyük hissəsi dərmanların payına düşür. Belə ki, ilin ilk iki ayı ərzində 3,109 milyon manat dəyərində dərman vasitələri istehsal olunub. Bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 58,8 faizlik artım deməkdir.
Eyni zamanda, hesabat dövründə 2023-cü ilin analoji dövrü ilə müqayisədə tibbi maskaların istehsalı 3 dəfə artaraq, 0,6 milyon ədədə çatıb.
1 mart 2024-cü il tarixinə hazır məhsul ehtiyatı 1 351,2 milyon manat dəyərində dərman vasitələri və 5,8 milyon ədəd tibbi maska təşkil edib.