Ağdam Sənaye Parkında rezidentlərin sayı 21-ə çatıb

2024.03.15 14:04 (UTC+04:00)

"Komfy" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 21-ə çatıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında yazıb ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq.

İnvestisiya dəyəri 2,3 milyon manat olan müəssisədə 18 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.