Ötən il valyuta bazarında sabitliyin qorunmasına əməl edilib

2024.03.15 14:36 (UTC+04:00)

2023-cü ildə əldə olunmuş əsas markoiqtisadi göstərici inflyasiyanın aşağı səviyyədə olmasının təmin edilməsidir. Valyuta bazarında sabitliyin qorunmasına əməl edilib.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5 faiz azalaraq 6,46 milyard ABŞ dolları olub və ÜDM-in 8,9 faizini təşkil edib.

AZƏRTAC