Əli Əsədov: “Ötən ildə ÜDM-in həcmi 123 milyard manat təşkil edib”

2024.03.15 11:39 (UTC+04:00)

Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərimizlə işğala son qoyulduqdan sonra ölkəmizin qarşısında yeni dövr açılıb.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, müasir tariximizdə və inkişafımızın yeni dövründə qarşıda yeni vəzifələr dayanır.

Onun sözlərinə görə, ötən il ÜDM-in həcmi 123 milyard manat təşkil edib. Adambaşına düşən ÜDM 12,1 min manat olub. Eyni zamanda, qeyri-neft-qaz sənayesi 8 faiz artıb.

AZƏRTAC