Qeyri-neft-qaz sənaye istehsalında artım tempi 2 milyard 935,1 milyon manata çatıb

2024.03.15 11:12 (UTC+04:00)

“Qeyri-neft-qaz sektorunun iqtisadi dövriyyədə payının artırılmasını təmin edən təşəbbüslərin genişləndirilməsi bu sahədə müsbət dinamika yaradıb. Cari ilin yanvar-fevral aylarında qeyri-neft-qaz sənaye istehsalında artım tempi 2023-cü ilin yanvar-fevral ayı ilə müqayisədə 11,2% artaraq 2 milyard 935,1 milyon manata çatıb”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarındakı paylaşımında məlumat verib.