“Ölkəmizdə iqtisadi artımın strateji faktoru olan investisiya fəallığının təşviqi istiqamətində görülən işlər müsbət nəticələr verir. 2024-cü ilin ilk iki ayında əsas kapitala yönəldilmiş vəsaitlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,5% artaraq 2 mlrd. 638,1 mln. manata çatıb. Bu müddətdə qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyalarda artım 17,1% olub”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.