"2024-cü ilə Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb". Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, cari ilin yanvar-fevral aylarında ÜDM-in həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən 5% artaraq 18 mlrd. 576,9 mln. manat, qeyri-neft-qaz sektorunda isə 10,1% artaraq 11 mlrd. 843,3 mln. manat təşkil edib.