“SOCAR prezidenti Rövşən Nəcəf və həmkarlarla birlikdə bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos ilə keçirdiyimiz görüşdə ikitərəfli əməkdaşlığın nəticələrini, eləcə də birgə fəaliyyətin yaşıl enerjiyə keçid, dekarbonizasiya, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib. Nazir onu da diqqətə çatdırıb ki, görüşdə bp şirkətinin Azərbaycanla davamlı tərəfdaşlığın genişləndirilməsinə sadiqliyi və bərpa olunan enerji layihələrində iştiraka marağı ifadə edilib.