“Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Damir Habiyan ilə görüşdə ikitərəfli iqtisadi əlaqələrin prioritetlərini nəzərdən keçirdik”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında etdiyi paylaşımda həmin prioritetləri sadalayıb:
- Birgə investisiyaların və ticarətin təşviqi;
- Alternativ enerji və sənaye sahələrində əməkdaşlığın dəstəklənməsi;
- İşgüzar dairələr arasında tərəfdaşlığın gücləndirilməsi.