Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 10,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 11,2 faiz artıb.
Sənaye məhsulunun 63,9 faizi mədənçıxarma sektorunda, 29,5 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,0 faiz artıb.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,2 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 75,9 faiz, əczaçılıq məhsullarının istehsalı 51,0 faiz, mebel istehsalı 37,9 faiz, geyim istehsalı 37,1 faiz, tikinti materiallarının istehsalı 35,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 34,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 faiz, içkilərin istehsalı 28,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,4 faiz, elektrik avadanlıqlarının istehsalı 18,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 16,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 14,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 6,7 faiz, neft məhsullarının istehsalı 6,6 faiz, qida məhsullarının istehsalı 3,9 faiz, kağız və karton istehsalı 1,8 faiz artıb, tütün məmulatlarının istehsalı 0,6 faiz, hazır metal məmulatlarının istehsalı 2,4 faiz, poliqrafiya məhsullarının istehsalı 4,2 faiz, maşın və avadanlıqların istehsalı 15,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,1 faiz, sair sənaye məhsullarının istehsalı 47,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50,4 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,9 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 22,7 faiz artıb.