İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC avtomobil diskləri və radiatorlar istehsal etməyi planlaşdırır.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına sözügedən MMC-nin direktoru Mehman Ağayev deyib.
Onun sözlərinə görə, hazırda avtomobillər üçün əyləc bəndləri istehsal edən müəssisə istehsal sahəsini genişləndirməyi nəzərdə tutur.
M.Ağayev yeni məhsulların istehsalına 2025-ci ildə başlaya biləcəklərini açıqlayıb: “Daxili bazarda disk və radiatorlara tələbat çoxdur. Bu məhsullar tam olaraq idxal edilir. İstehsala başladıqdan sonra daxili bazarda təxminən 20-25 faizlik paya sahib olacağıq”.