Yanvarda istehlakçılara 96643 manata yaxın vəsait qaytarılıb

2024.03.12 16:25 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkar-istehlakçı münasibətlərinin inkişafına yönəlmiş maarifləndirmə tədbirləri istehlakçı hüquqlarının müdafiəsi sahəsinə öz müsbət töhfəsini verir.

Dövlət Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvar ayında təmin olunmuş müraciətlər üzrə istehlakçılara sahibkarlıq subyektləri tərəfindən 96643 manata yaxın vəsait qaytarılıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu il 6 dəfəyədək artım qeydə alınıb.