Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 8,2 milyard kubmetr qaz hasil olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 240 milyon kubmetr çoxdur.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu həcmin 4,1 milyard kubmetri ixrac olunub. Belə ki, ixracın 51 faizi (2,1 milyard kubmetri) Avropanın, 34 faizi (1,4 milyard kubmetri) Türkiyənin, 15 faizi (0,6 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.
Hesabat dövründə TANAP Türkiyəni 0,8 milyard kubmetr qazla təchiz edib.