Yaponiyanın Baş naziri Sindzo Abe bəyan edib ki, istehlak vergisi əvvəlcədən planlaşdırıldığı kimi oktyabr ayında 8 faizdən 10 faizə qaldırılandan sonra bu verginin gələcəkdə daha da artırılmasını mümkün hesab etmir. Baş nazirin sözlərinə görə, 10 faiz kifayətdir, ölkənin bundan sonra ən azı 10 il bu verginin artırılmasına ehtiyacı olmayacaq. Yaponiyanın Liberal Demokrat Partiyasının da lideri olan S.Abe xatırladıb ki, sosial təminat üçün artmaqda olan xərclər büdcəyə daha çox daxilolmaları tələb edir. Qeyd edək ki, müxalifət partiyalarının mümayəndələri istehlak vergisinin 10 faizə qaldırılması ilə bağlı hökumətin qərarını etirazla qarşılamışdılar.