Təbii inhisar subyektləri ilə bağlı istehlakçı müraciətləri səmərəli həll olunur

2024.03.07 18:15 (UTC+04:00)

Rəqabət Məcəlləsində yer alan təbii inhisar subyektlərinin müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərə bilən davranışlarına dair tənzimləmə üsulları istehlakçı müraciətlərinin səmərəli həllinə fayda verəcək.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, qurum tərəfindən ötən il təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılan 735 istehlakçı müraciətinin 220-si təmin olunub.

Bu sahədə istehlakçılara qaytarılması, bərpa edilməsi və əsassız hesablandığı üçün silinməsi təmin edilən vəsaitin ümumi məbləği 104 631 manat təşkil edib.