Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20 faiz artıb

2024.03.07 16:32 (UTC+04:00)

2024-cü ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 1.175 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 95 faizi fiziki, 5 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20 faiz artıb.

Yanvar-fevral aylarında kommersiya qurumlarının 57 faizi elektron qaydada, 43 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.