Dünya Bankı ilə əməkdaşlığın prioritetləri nəzərdən keçirilib

2024.03.07 10:59 (UTC+04:00)

“Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti xanım Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ikitərəfli əməkdaşlığın prioritetlərini nəzərdən keçirdik:

– DB tərəfindən hazırlanan Ölkə Tərəfdaşlıq Çərçivəsi üzrə investisiya layihələri;

– COP29 tədbiri üzrə Bankla əməkdaşlıq imkanları”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.