Əmək müqavilələrinin sayı 1,8 milyonu keçib

2024.03.07 10:17 (UTC+04:00)

5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 432,7 min vahid artıb və 2024-cü ilin mart ayının 1-nə 1.834.629 olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 381,5 min vahid artaraq 921.383 təşkil edib.