İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 5-də növbəti hərrac təşkil edilib. Hərracda 6 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən verilən məlumata görə, nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, ilkin qiyməti 1000 manat olan QAZ-31105 markalı avtomobil 2620 manata satılıb.
Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/39EKj2 linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 12 və 13 mart tarixlərində keçiriləcək. Hərraclara 85 nəqliyyat vasitəsi, "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının balansında olan 20 daşınmaz əmlak çıxarılacaq.