Novruz bayramı ilə əlaqədar 9-19 mart tarixlərində Bakıda “Kənddən şəhərə” yarmarkası təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkada ümumilikdə 25-dək rayondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, vətəndaşlar yarmarkada fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər.