Bu ilin yanvar ayında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz artaraq 146,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 faizi hüquqi şəxslərin, 49,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10 faiz artaraq 73,4 milyon manat olub.